Misirin Rusiya istehsalı S-400 komplekslərini alacağına təqdirdə ABŞ tərəfindən sanksiyaya məruz qalacağına dair təhdidlə bağlı danışan Misir parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Yəhya Kidvani Vaşinqtonun diplomatik normaları pozduğunu bəyan edib.
Teleqraf.com xəbər verir ki, Kidvani Rusiya ilə hərbi əməkdaşlığa görə ABŞ-ın təhdidlərinin qəbuledilməz olunduğunu söyləyib.
"Rusiya ilə silah anlaşması ilə əlaqədar Misirə ABŞ tərəfindən sanksiyaların tətbiq olunması diplomatik normalara tamamilə ziddir. Misir müstəqil dövlətdir, dünyanın digər dövlətləri ilə hərbi əməkdaşlıq barədə qərarını özü azad şəkildə verir. Vaşinqtonun basqısına boyun əyməyəcəyik. Rusiya ilə hərbi sahə də daxil olmaqla digər sahələrdə əməkdaşlıqdan imtina etməyəcəyik", - deyə o bildirib.
Onun sözlərinə görə, Misir böyük ölkədir və milli maraqları naminə çıxış edərək kənardan diktəni qəbul etmir.