26 Noyabr 2019 01:16
2 888
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandiri Hüseyn Səlami benzinin bahalaşmasına etiraz olaraq keçirilən aksiyalarla bağlı ABŞ, İsrail, İngiltərə və Səudiyyə Ərəbistanını ittiham edib.

H.Səlami adları çəkilən ölkələri nəzərdə tutaraq "qırmızı cizgilərimizi aşsanız sizi yox edərik" təhdini edib.

Səlami bildirib ki, İran böyük dünya müharibəsinin içərisindədir: "Küçələrimizdə başlayan savaşın ssenarisinin bağları xaricə gedib çıxır. Bu savaş tamamlandı. Düşmənin hər bir addımına cavab verəcəyik və intiqamsız buraxmayacağıq. ABŞ, İngiltərə, İsrail və Səudiyyə Ərəbistanına səslənirəm. Bizi meydanda gördünüz və güclü yumruq yediniz, amma cavab vermədiniz. Dünya bu zərbələrin bəzilərini gördü, bəziləri isə görmədi. Gözləyin. Qırmızı cizgilərimizi aşsanız, sizi yox edərik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər