19 Sentyabr 2014 12:15
1 925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin eks prezidenti Abdullah Gül yeni partiya yaratmaq niyyətindədir.

Teleqraf.com haberay.com-a istinadən verdiyi xəbərə görə, Gül avqustun 11-də verdiyi açıqlamada səlahiyyətləri bitdikdən sonra partiyasına geri qayıdacağını bildirdikdən az sonra, Ədalət və İnkişaf partiyasının (AKP) fövqəladə iclasının 27 avqustda keçirilməsi qərara alınıb.

Bu qərar vəzifə müddəti 28 avqusta bitəcək Gülün tərəfdarlarının narazılığına səbəb olub. Yayılan məlumatlarda Gülün AKP-dəki 40-a yaxın tərəfdaşı, millət vəkilləri və bəzi köhnə siyasətçilər ilə birlikdə yeni partiya yaradacağı qeyd edilir. Yeni partiyada bəzi vacib dövlət adamlarının adı da açıqlanır.

Belə ki, prezident seçkilərində 38,4 faiz səs toplayan Ekmələddin İhsanoğlu, 30 mart Ankara bələdiyyə seçkilərində məğlub olan Mansur Yavaş Gülün yeni yaradacağı partiyada vəzifə sahibi olacağı bildirilir.

Bununla bağlı Abdullah Gül bu gün Kayseriyə səfər edəcək. Üç günlük səfər çərçivəsində müxtəlif görüşlərə qatılasının pərdə arxasında yeni partiya işinin olduğu iddia edilir.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər