“Ermənistan heç bir şərt olmadan Türkiyə ilə diplomatik münasibətləri bərpa etməyə hazırdır”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Hökumət başçısı qondarma erməni soyqırımının Türkiyə ilə münasibətlərə təsir etməməsinin vacib olduğunu bildirib:
“Danışdıq və təkrar edirəm ki, heç bir şərt olmadan Türkiyə ilə diplomatik münasibətləri bərpa etməyə hazırıq. Erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasını Türkiyə ilə münasibətlərimizin ilkin şərti hesab etmirik.
Bu tanınma onlarla münasibətlərimiz üçün deyil, dediyim kimi, soyqırımların qlobal qarşısının alınması üçün zəruri olan çox vacib bir prosesdir”.