27 Noyabr 2019 16:00
1 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makronun Türkiyənin Suriya əməliyyatları haqda danışarkən, “NATO beyin ölümü keçirdi” ifadəsinə yer verməsindən sonra alyans yeni qərarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, məlumatda NATO-nun “intellektual insan” proqramının icrasına başlayacağı bildirib.

Alyansdan yeni qərar haqda “Makronun, yaxud Ərdoğanın buna nə deyəcəyini bilmirik” deyilib.

“Röyters”ə danışan diplomatlar NATO-da yenidən tarazlıq yaratmaq üçün intellektual insanlardan ibarət qrupun yaradılacağını bildirib. Adları açıqlanmayan rəsmi şəxslər bu qrupun 2021-ci ildə bir hesabat hazırlayaraq NATO-ya təqdim edəcəyini vurğulayıb.

Bu qrupun, xüsusən keçmiş dövlət başçıları və nazirlərdən ibarət olacağını qeyd edən nəşr ABŞ istisna olmaqla digər müttəfiq dövlətlərin alyansa ayırdığı büdcənin həcmini artıracağını da yazıb.

Bir fransız diplomat isə “Röyters”ə yeni qərar haqda bunları deyib:

“Əlbəttə, kimsə Trampın buna nə deyəcəyini bilmir. Lakin biz Makronun, yaxud Ərdoğanın da nə deyəcəyini bilmirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər