29 Noyabr 2019 13:33
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan müxalifəti proporsional sistem üzrə erkən parlament seçkiləri tələbi ilə yenidən Tiflisdə parlamentin binası qarşısında etiraz aksiyasına başlayıb.

Teleqraf.com xəbər verir ki, mitinq təşkilatçıları hakim Gürcü Arzusu Partiyasından olan deputatları parlamentə buraxmayacaqlarını açıqlayıb.

Mitinqin təşkilatçısı, müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının funksioneri Zaal Udumaşvili tələblərinin yerinə yetirilməyəcəyi halda binanın girişində sədd çəkəcəklərini də istisna etməyib:

“Səsimizi deputatlara yüksək səslə çatdırmaq üçün binanın yaxınlığında olacağıq. Yəqin ki, deputatlar səsimizi eşidəcək. Ümid edirəm ki, bu gün polis su toplarından istifadə etməyəcək və “robotlar” (xüsusi təyinatlılar) üzərimizə göndərməyəcəklər”.

Aksiyada Milli Hərəkatın üzvləri ilə yanaşı, Avropa Gürcüstan Azadlıq Hərəkatı Partiyası, İzmena, Posmey və digər siyasi hərəkatların üzvləri iştirak edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər