Ötən günlərdə İran və Güney Azərbaycan şəhərlərində benzinin bahalaşmasına qarşı keçirilən etiraz aksiyalarında saxlanılan milli fəallardan birinin kimliyi müəyyən edilib.
Teleqraf.com xəbər verir ki, güney azərbaycanlı milli-mədəni fəal Əli İbrahimi noyabrın 19-da İran təhlükəsizlik orqanları tərəfindən Tehranda saxlanılaraq naməlum istiqamət aparılıb.
İndiyədək fəalın harada saxlanıldığı və durumu barədə məlumat yoxdur.
Noyabrın 15-də İranda benzinin bahalaşmasına etiraz olaraq kütləvi nümayişlər başlayıb.