29 Noyabr 2019 15:53
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kansleri Angela Merkel dekabrın 4-də Londonda NATO ölkələri liderlərinin sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsinin müavini Ulrike Demmer bildirib.

“Dekabrın 4-də səhər xanım kansler Şimali Atlantika alyansının işçi iclasında iştirak edəcək. Sonra ABŞ Prezidenti Trampla görüş olacaq”, – deyə Demmer bu gün keçirdiyi brifinqdə bildirib.

Bundan əlavə dekabrın 3-də Merkel Türkiyə, Fransa və İngiltərə liderləri ilə görüşəcək. Bu görüşlərdə Suriya məsələsi müzakirə olunacaq.


Müəllif: Səxavət

Oxşar xəbərlər