30 Noyabr 2019 08:16
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuela prezidenti Nikolas Maduro, Kolumbiya və ABŞ-dan gözlənilən təxribatlar səbəbiylə ordunun səfərbər edilməsi ilə bağlı əmr verib.

Teleqraf.com xəbər verir ki, Maduro bununla bağlı ona məlumat daxil olduğunu bildirib.

O, hərbçilərə mümkün təxribata vaxtında cavab verilməsi üçün hazırlıqlı olmaları barədə göstəriş verib.

“Biz döyüşə hazır olmalıyıq”, deyə Maduro bildirib.


Müəllif: Teleqraf.com