1937-ci ildə Mustafa Kamal Atatürklə foto çəkdirən Rəmziyyə Tatlı 82 ildən sonra ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, hazırda 98 yaşı olan Rəmziyyə Tatlı 1937-ci ildə Atatürkün Adana ziyarəti zamanı məktəbdə oxuyurmuş.
Atatürk Adana səfəri zamanı onun oxuduğu İsmət Paşa Qızlar İnstitutuna baş çəkib.
Ağbirçək xanım bildirib ki, Atatürkün onların məktəbini ziyarət edəcəyini eşitdikdə çox həyacanlanıblar: “Hər kəsə nəsib olmayan bir şans mənə düşdü. Atatürkün məktəbə daxil olduğu anı dünən olmuş kimi xatırlayıram. Müdirə xanım “Uşaqlar Atatürk gəldi, sizin sinifə doğru irəliləyir” dedi. Hamımız özümüzü itirdik. Atatürk içəri girən kimi hamımız ayağa qalxdır. İlk sözünü heç unutmuram. “Oturun gələcəyin mədəni anaları” deyə bizə səsləndi. Oturduq”.
Atatürkün məhz onunla foto çəkdirməsinə gəldikdə Rəmziyyə Tatlı deyib ki, bu sadəcə şans məsələsidir: “Sinifdə ən qabaq sırada mən əyləşmişdim. Bu səbəbdən Atatürk yanıma gəldi. O anı heç zaman unutmayacağam. Tarix dərsini dinləyirdik. Çox mədəni bir insan idi”.