30 Noyabr 2019 19:25
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz İraqda iki aydır davam edən mitinqlərin dağıdılmasında iştirak etməmişik”.

Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə İraqda İrana yaxınlığı ilə bilinən Haşdi Şabi hərbi qruplaşması elan edib.

Haşdi Şabi bəyan edib ki, ölkənin cənubundakl Zikar və Nəcəf vilayətlərində aksiyaların yatırılmasında onların iştirak etdiyinə dair iddialar əsassızdır.

Qeyd edək ki, İraqda baş verən iki aylıq mitinqlər zamanı 350 nəfər ölüb, on minlərlə insan yaralanıb.

Aksiyanın yatırılması zamanı çoxsaylı insan ölümü səbəbindən ölkənin ali dini xadimi Ayətulla Sistaninin çağırışından sonra dünən ölkənin baş naziri Adil Əbdülmehdi istefaya gedib.

Ölkədə baş verənlər İraq uğrunda İran və ABŞ qarşıdurması kimi xarakterizə edilir. Bu səbəbdən də İrana yaxınlığı şübhə doğurmayan Haşdi Şabi milis güclərinin aksiyalarda iştirak etməməsi haqda açıqlaması maraq doğurur.


Müəllif: Cavad