4 Dekabr 2019 18:37
3 310
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Baş katibi Yens Stoltenberq Türkiyə də daxil olmaqla ittifaqa üzv digər dövlətlərin Baltikyanı ölkələr və Polşa üçün hazırlanan müdafiə planının təsdiq olunduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Latviya hökumətinin yaydığı açıqlamada da Türkiyənin də NATO-nun müdafiə planını qəbul etdiyi bildirilib.

Plan Polşa ilə yanaşı, Litva, Latviya və Estoniyanın Rusiyanın ehtimal olunan hücumları qarşısında müdafiə edilməsini ehtiva edir.

Əlavə edək ki, ötən həftə rəsmi Ankara NATO-nun sözügedən bölgədə həyata keçirmək istədiyi hərbi plana veto qoyduğunu açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu