Şotlandiyanın birinci naziri Aleks Salmond istefaya gedib.
Buna səbəb isə, nazirin bir qədər əvvəl Şotlandiyada ölkənin hüquqi statusuna dair keçirilən referendumda gözlədiyi nəticəni əldə edə bilməməsi olub. Salmond şotlandiya xalqının Birləşmiş Krallıqdan müstəqillik əldə etməsinə çalışırdı. Lakin səsvermə nəticəsində əhalinin 55 faizi birlik tərəfdarı olduğunu nümayiş etdirdi.
Şotlandiya Milli Partiyası nazirin istefasından sonra noyabr ayında yeni rəhbərini seçəcək.
Ötən gün Qlasqo şəhərində müstəqillik tərəfdarları ilə birlik tərəfdarları qarşı-qarşıya gəliblər. Tərəflər arasında toqquşmaların olmaması üçün təhlükəsizlik qüvvələri vaxtında tədbir görüb.
Anspress.com