Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin Baş naziri Əhməd Davudoğlu İraqda girov saxlanılan türk vəıtəndaşlarının azad edilməsi ilə əlaqədar olaraq Türkiyəyə qayıdıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə Baş nazir Ə.Davudoğlu açıqlamada bildirib, xəbəri Türkiyənin "TRT Haber" telekanalı yayıb.
Baş nazri qeyd edib ki, bu gün səhər saatlarında İraqın Mosul şəhərində iyun ayında girov götürülən 49 Türkiyə vətəndaşı azad edilib və o bu səbələ o geri qayıdıb: “Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi layihəsinin açılışında Türkiyəni ölkənin energetika və təbii sərvətlər naziri Taner Yıldız təmsil edəcək”.