7 Dekabr 2019 07:37

Meksika dövlətinə məxsus neft və qaz şirkəti "Pemex", ölkənin cənub-şərqindəki Tabasko bölgəsində "Keski" adlı verilmiş neft yatağı kəşf edib.

Teleqraf.com-un məlumatına görə, bunu şirkətin baş direktoru Ocktavio Romero Oropesa dekabrın 6-da ölkənin prezidenti Andres Manuel Lopes Obradora açıqlayıb.

Oktavio Oropesa internet səhifəsində yazıb: "Cənab Prezident, 500 milyon barel neft ekvivalenti olan nəhəng bir yatağın mövcudluğunu təsdiqləyə bilərik". "Pemex" bu kəşfi 1987-ci ildən bəri ölkənin cənubunda edilənlərin ən mühümü adlandırıb.

Cari ilin may ayında Lopes Obrador üç böyük bankla "Pemex" borcunu qismən maliyyələşdirmək üçün müqavilə imzaladığını elan etmişdi. Bundan əvvəl dövlət başçısı dəfələrlə ölkənin neft sənayesinin inkişafına xüsusi diqqət yetirəcəyini bildirmiş, bir neçə milyard dollar sərmayə qoyacağını və hasilatı gündə 2,5 milyon barel səviyyəsinə çatdıracağına söz vermişdi.


Müəllif: Mənbə/Trend