8 Dekabr 2019 17:45
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın paytaxtı İrəvanda gənclər arasında xəsarətlə nəticələnən kütləvi dava olub.

Kütləvi davada 15-18 yaşlı bir neçə gənc iştirak edib. Dava zamanı 16 yaşlı Artak B. bıçaq xəsarəti alıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən davada iştirak etməkdə şübhəli bilinən 15 yaşlı Qrant P. və Krist Q, 17 yaşlı Suren S. və Arsen K, 17 yaşlı Sergey D, 16 yaşlı Edmon O. və Robert Q, habelə Erik N. habelə digər şəxslər saxlanılıblar. Qeyd edilir ki, daha bir gənc polisə könüllü təslim olub.


Müəllif: Mənbə/Report