8 Dekabr 2019 18:59
389
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litvada yüngül mühərrikli idman təyyarəsi qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin milli radiosu məlumat yayıb.

Məlumata görə, hadisə Kaunas rayonunda baş verib. Təyyarə evin həyətinə düşüb. Qəza zamanı 2 nəfər həlak olub.

Hadisə zamanı sakinlər arasında xəsarət alan olmayıb.

Qeyd edilir ki, həlak olanlar 30 və 65 yaşlı yaşlarında iki nəfərdir. İlkin informasiyaya əsasən, həlak olanlardan biri - təcrübəli pilot Viktoras Ramonasdır.


Müəllif: Teleqraf.com