13 Dekabr 2019 11:10
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

YPG terror təşkilatı Suriya Prezidenti Bəşər Əsədin adamları ilə gizli görüş keçirib.

Teleqraf.com xəbər verir ki, görüşdə PKK/PYD-nin başçısı Saleh Müslümün iştirak etməsi diqqət çəkib.

Toplantıya Bəss partiyasından Faysal Əziz, suriyalı partiya sədrləri Tarıq əl-Əhməd, Fateh Camus, Gənclik və İnkişaf Partiyasından Pərvin İbrahim, Xalq Şurası üzvləri və kəşfiyyatçılar qatılıb. Eləcə də süryanilərin lideri Cozef Lahdu və Kürd Sol Partiyasının rəhbəri Məhəmməd Musa da Qamışlıda görüşdə olub.

Görüşdə “muxtar idarəetmə” və “yerli idarəetmə” qanun layihəsi müzakirə edilib. YPG “Sülh çeşməsi” hərəkatının aparıldığı bölgədə muxtariyyat üçün Əsəd rejiminə sığınıb.

Rəsmi Dəməşq isə PKK-nın işğal altındakı bölgələrin rəhbərliyi üçün “yerli idarəetmə” təklifini təqdim edib. Təklif paketinin məzmunu açıqlanmasa da, terror təşkilatına muxtariyyət deyil, Dəməşqlə koordinasiyalı yerli rəhbərlik modelinin vəd edildiyi iddia olunur.


Müəllif: Nərgiz