21 Sentyabr 2014 11:08
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanda prezidentliyə rəqib namizədlər iki aydan artıqdır bir-birini seçki pozuntularında ittiham etməsindən sonra hökumətin hakimiyyətin bölüşdürülməsi prinsipi əsasında qurulması haqda razılıq əldə edib.

Abdulla Abdulla və Əşrəf Qaninin müşavirləri onların razılığa gəldiyni təsdiq ediblər. Müşavirlərin sözlərinə görə, onlar hakimiyyətdən gedən prezident Həmid Karzainin müşahidəsi ilə rəsmi razılığı bazar günü imzalayacaq.

Hər iki namizədin müşavirlərdən ibarət komandası hakimiyyətin bölüşdürülməsinə dair razılığın əldə edilməsi məqsədilə şənbə günü BMT-nin nümayəndələri ilə görüş keçirib.

Tərəflərdən heç biri razılığın nədən ibarət olduğu haqda məlumat verməyib. Lakin müzakirələrin diqqət mərkəzində prezident və yeni yaradılacaq icra hakimiyyəti başçısının ofisi arasında səlahiyyətlərin bölünməsi məsələsinin olduğu bildirilir./anspress/


Müəllif:

Oxşar xəbərlər