21 Sentyabr 2014 11:27
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəməndə İslah partiyası ilə Həfti məzhəbi tərəfdarları arasında atəşkəs razılaşması əldə olunub.

BMT rəsmilərinin məlumatına görə, tərəflər gərgin keçən müzakirələrdən sonra atəşi dayandırmağa qərar veriblər. Artıq bir həftə idi ki, tərəflər arasında dini zəmində silahlı qarşıdurmalar baş verirdi.

Xüsusilə, son iki gündə yaşanan qarşıdurmalarda 123 nəfər öldürülüb.

Qarşıdurmaların əsas mərkəzi olan paytaxt Sanaada komendant saatları təyin olunmuşdu.

Zorakılıqlar zamanı çoxlu sayda yaşayış məntəqəsi, televiziya binası və bəzi dövlət obyektləri hücumlara məruz qalıb. Qarşıdurmaların daha şiddətli olduğu bölgələrdə minlərlə yerli əhali evlərini tərk edib.

Həftilər Zeydi Şiə cəmiyyətinin bir qoludur və əsasən, dağlıq Saada vilayətində məskunlaşıblar.

Hökumət son iki gündə ölkədə baş verən qarşıdurmaları dövlət çevrilişi kimi dəyərləndirib.

BBC


Müəllif: