16 Dekabr 2019 12:32
2 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident Vladimir Putinlə Türkiyə lideri Rəcəb Təyyub Ərdoğan arasında əhəmiyyətli və sağlam bir dialoq var”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Kremlin sözçüsü Peskov Rusiyanın “Perviy” kanalında Rusiya-Türkiyə münasibətləri haqda danışarkən deyib.

Peskov əlavə edib ki, sağlam dialoq sayəsində iki ölkə arasında bir sıra problemlər daha asan şəkildə həll olunur.

Trampın Ankaraya göndərdiyi məktubun diplomatik nəzakət qaydalarından uzaq olduğunu xatırladan Peskov əlavə edib ki, Vladimir Putin Ərdoğana qarşı Donald Trampdan daha səmimidir.

Kremlin sözçüsü Türkiyənin regionda müstəqil hərəkət edə bilən əhəmiyyətli güc olduğunu vurğulayıb. Əlavə edib ki, Türkiyə NATO ilə əməkdaşlığını davam etdirməklə yanaşı Rusiya ilə də maraqları çərçivəsində işbirliyi həyata keçirir.

Suriya mövzusuna toxunan Peskov bildirib ki, Türkiyənin İdlib məsələsində üzərinə düşən öhdəliyi yerinə yetirməsini gözləyəcəklər.


Müəllif: Cavad