16 Dekabr 2019 15:54
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada yüzlərlə deyil, bir neçə min ABŞ əsgəri, o cümlədən xüsusi hərbi kompaniyaların əməkdaşları var.

Teleqraf.com xəbər verir ki, bunu Suriyanın dövlət başçısı Bəşər Əsəd Çinin “Phoenix” televiziya kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Amerika rejimi müharibələr zamanı əsasən, xüsusi hərbi kompaniyalara istinad edir.

“Əgər əvvəllər Suriyada bir neçə yüz ABŞ əsgəri var idisə, indi onların sayı minlərlə, bəlkə də on minlərlədir. Onlar bu kompaniyalarda işləyirlər və Suriya daxilindəki döyüşlərdə iştirak edirlər. Buna görə həqiqi rəqəm söyləmək çətindir, amma çox güman ki, onlar minlərlədir”, – deyə “SANA” agentliyi Əsədin sözlərindən sitat gətirir.

Noyabr ayının sonunda ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının komandanı Kennet Makkenzi Suriya Ərəb Respublikasının şərq hissəsində 500-ə yaxın ABŞ əsgərinin mövcud olduğunu söyləyib. O qeyd edib ki, yaxın vaxtlarda onların “İslam Dövləti”nə qarşı əməliyyatları bərpa etmələri gözlənilir.


Müəllif: Səxavət