Roma Papası Fransisk dini zorakılığı pisləyib.
ANS PRESS-in məlumatına görə, bu gün Albaniyada bir günlük səfərdə olan Roma Papası bildirib ki, zorakılıq edən zaman heç kim Allahın adından danışmağa haqqı yoxdur.
Tiranada prezident sarayı qarşısına toplaşanlara moizə edən Roma Papası Albaniya əhalisi arasında çoxluqda olan müsəlmanları “dini harmoniyanın ilhamverici nümunəsi” adlandırıb.
Qeyd edək ki, Albaniyada Roma papasını qarşılamağa yüz minlərlə müsəlman və xrisitian gəlib.