SpaceX kosmik gəmisi Beynəlxalq Fəza Stansiyasına təchizat aparmaq üçün ABŞ-ın Florida ştatında Keyp Kanveral kosmik uçuş mərkəzindən fəzaya göndərilib.
Teleqraf.com amerkikanınsesi.org-a istinadən xəbər verir ki, kosmik gəminin yerləşəcəyi mövqeyinə çərşənbə axşamı çatacağı gözlənilir.
Gəminin kosmik fəzaya göndərilməsi üçün bazar günü hava şəraiti olduqca münasib olub.
SpaceX gəmisinin daşıdığı 2 min 200 ton təchizat arasında fəzada ilk dəfə istifadə ediləcək 3D printer də var.
Bu, SpaceX gəmisinin kosmik fəzaya beşinci misiyasıdır.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.