22 Sentyabr 2014 14:29
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı ilə assosiasiya barədə sazişinin implementasiyası prosesinin başlanmasından sonra 10 gün ərzində Rusiya Ukrayna mallarına rüsumu qaldıracaq.

Teleqraf.com-un itar-tass.com-a istinadən verdiyi xəbərə görə, bu barədə rəsmi Moskva açıqlama verib.

Xüsusilə, bu qərar taxıl, ət, süd və qənnadı məhsulları, meyvə, spirtli içkilər, ət və siqaretə aid ediləcək. Bundan başqa rüsumların tətbiq ediləcəyi siyahıya soyuducu, paltar, ayaqqabı, santexnika, sement, beton, şüşə, mineral gübrələr məmulatları, minik avtomobilləri, avtobuslar, sərnişin və yük gəmiləri, maşınqayırma məhsulları, kosmetika, həmçinin parça, mebel, idman avadanlığı da daxil edilib.

Rüsum tətbiq ediləcək malların sayı 174-ə çatdırılıb.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər