Rusiya hərbi hava qüvvələri 2020-ci ilin ilk saatlarında Suriyanın İdlib bölgəsinə havadan zərbələr endirib.
Teleqraf.com turk mediasına istinadən xəbər verir ki, Rusiya qırıcıları İdlibin mərkəzinə şiddətli hava hücumu təşkil edib.
İdlibdə qərarlaşan müxalifət qaynaqları xəbər verir ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə rus qırıcıları 10-dan çox hava hücumu təşkil edib. Rusiya aviabazası ilə paralel olaraq Bəşər Əsədə bağlı qüvvələr qurudan top və raket zərbələri həyata keçirib.
Hücumlar nəticəsində baş verən itkilər haqqında hələlik informasiya yoxdur.