Dünən Bağdaddakı ABŞ səfirliyinə hücumdan sonra Prezident Tramp bölgəyə yeni hərbi qüvvə göndərmək qərarını verib.
Teleqraf.com ABŞ mediasına istinadən bildirir ki, Tramp Küveytə 4 min amerikalı əsgər göndərəcək.
ABŞ mediası iddia edir ki, 82-ci Hava Dəniz Dviziyası hərəkətə keçib. Ən azı 750 əsgərin Küveytə hərəkət etdiyi iddia olunur. 4 min əsgər isə hazır vəziyyətdə gözləyir.
Xatırladaq ki, dünən İraqdakı ABŞ səfirliyinə edilən hücumdan sonra Prezident Tramp bəyan edib ki, bu tədbirin atxasında İran durur.