2 Yanvar 2020 18:05
1 541
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu il İsa Məsihin dəstək verdiyi İmam Mehdi gəlib insanlara kömək edəcək, ədalətsizliyi aradan qaldıracaq və aruzlarımızı reallaşdıracaq”.

Teleqraf.com xəbər verir ki, bu sözləri İranın keçmiş prezidenti Mahmud Əhmədinejad deyib.

Keçmiş prezident insanları İsa peyğəmbərin təlimlərini yerinə yetirməyə çağırıb: “Ümid edirəm ki, 2020-ci ildə İsa Məsihin təlimlərini yerinə yetirməyi öyrənəcəyik. İnşallah bu il İsa Məsihin dəstək verdiyi İmam Mehdi gəlib insanlara kömək edəcək, ədalətsizliyi aradan qaldıracaq və arzularımızı reallaşdıracaq. Allaha əmanət olun”.

Mahmud Əhmədinejad prezident olarkən Yeni İllə bağlı sosial şəbəkədəki paylaşımları müzakirələrə yol açmışdı.

Keçmiş prezident paylaşımlarından birində ABŞ-a xitabən “İsa peyğəmbər sağ olsaydı, kobud qüvvələrin qarşısını alardı” qeydini yazmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər