Bakıda səfərdə olan İsrailin nəqliyyat, milli infrastruktur və yol təhlükəsizliyi naziri Miryam Regev Şəhidlər xiyabanını ziyarət edib, “Əbədi məşəl” önünə əklil qoyub.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı İsrailin Bakıdakı Səfirliyi öz “X” hesabında paylaşıb.
Bildirilib ki, Miryam Regevi İsrailin Azərbaycandakı səfiri Corc Dik və nazirin nümayəndə heyəti müşayiət edib.
Onlar daha sonra Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət ediblər.