“İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı Suriya və İraqda irəliləməyə davam edərkən, Amerika mənbələrinə görə regionda yeni bir radikal təşkilat güclənməyə başlayır.
Teleqraf.com haberturk.com-a istinadən xəbər verir ki, “New York Times” qəzetinin Amerika gizli xidmət orqanlarından əldə etdiyi məlumatda deyilir ki, “Xorasan” təşkilatının ötən il Suriyada 33 yaşlı Möhsün Əl Fadli tərəfindən qurulduğu qeyd olunub.
Xəbərdə Əl-Fadlinin Əl-Qaidənin öldürülən lideri Usame Bin Ladenin ən güvəndiyi adamlarından biri olduğuna da diqqət çəkilib.
Təşkilatın ən böyük məqsədi ABŞ və ya ABŞ-ın xaricdəki nümayəndəliklərinə hücum təşkil etməkdir.
ABŞ Milli Təhlükəsizlik Orqanının direktoru Ceyms Klapper də qəzetə verdiyi açıqlamada ABŞ üçün “Xorasan” təşkilatının İŞİD qədər təhlükəli olduğunu vurğulayıb.
Amerikalı nümayəndələrə görə, təşkilat Yaxın Şərq, Şimali Afrika və cənubi Asiyadakı keçmiş Əl-Qaidə üzvlərindən ibarətdir.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.