Sudanın Qərbi Darfur əyalətində "Antonov" hərbi təyyarəsi qəzaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, qəza nəticəsində 15 nəfər həlak olub. Onların arasıdna yerli məhkəmə orqanlarının 3 nümayəndəsi də olub.
Bildirilir ki, təyyarə havaya qaldıqdan bir qədər sonra hava limanından 5 kilometr aralıda qəzaya uğrayıb.
Qəzanın digər təfərrüatları barədə məlumat verilmir.