Türkiyənin Balıkəsir bölgəsində qadın xəyanət edən ərinin paltarlarını yandırıb.
Teleqraf.com xəbər verir ki, 32 yaşlı qadının iddiasına görə, həyat yoldaşının ona xəyanət etdiyini gözləri ilə görüb. Qadın ərinin görüşdüyü həmcinsinə hücum etdikdə, həyat yoldaşı onu döyüb.
Əsəbləşən qadın həyat yoldaşının paltarlarını götürüb və çölə çıxıb. Rəfiqəsini də yanına çağıran qadın həyat yoldaşının paltarlarına od vurub. Paltarları yandırarkən, o, sosial mediada canlı yayım açıb: “Hamısını yandıracam. Hələ kostyumları da var, onları da yandıracam”.