Ekvadorun keçmiş prezidenti Rafael Korrea, onun müavini Xorxe Qlas və daha 19 nəfər məhkəmə önünə çıxarılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
İttiham aktına əsasən onlar 2012-2016-cı illərdə rüşvət almaqda təqsirli bilinirlər. Həmin illərdə korrupsiya işi çərçivəsində dövlətə dəymiş ziyanın məbləği 7 milyon dolları keçib.
Eks-prezident hazırda Ekvador xaricindədir. Korrea özü ölkənin Baş Prokurorluğun açıqlamasını siyasi şou adlandırıb və “RİA Novosti”yə bildirib ki, bu, gələcəkdə karyerasını ölkədə davam etdirməsinə mane olmayacaq.