6 Yanvar 2020 16:27
1 426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlu 2023-cü ildə keçiriləcək prezident seçkisinə qatılacağı ilə bağlı iddiaya cavab verib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.

Jurnalistin “2023-cü ildə keçiriləcək seçkiyə hazırlaşdığınız, bu səbəbdən də bələdiyyə sədri postuna o qədər diqqət ayırmadığınız deyilir. Buna nə deyə bilərsiniz” sualına İmamoğlunun cavabı belə olub:

“Bununla bağlı piar apardığımı ən çox AKP üzvləri deyir. Amma AKP-nin mənimlə bağlı apardığı ən böyük piar 6 may bələdiyyə seçkilərinin nəticələrini ləğv etməsi oldu. Cəmiyyət gücümüzü və bacarığımızı daha çox hiss edir.

Əslində AKP-nin sonuncu bələdiyyə seçkiləri ətrafında oynadığı oyun bizim lehimizə oldu. Həmin prosesdə piar vardı və seçildiyim andan etibarən İstanbulun problemlərinin həlli ilə məşğulam. Bu iddianı irəli sürənləri də işimizə yaxından baxmağa dəvət edirəm. Başqa bir dərdimiz yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər