7 Yanvar 2020 18:15
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Slovakiya NATO missiyasının bir hissəsi olaraq İraqda yerləşən hərbi personalını müvəqqəti olaraq geri çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Slovakiya radiosu məlumat yayıb.

Qeyd olunur ki, hərbçilər başqa ölkəyə köçürülüb. Rəsmi Bratislava onların İraq əsgərlərinə və təhlükəsizlik qüvvələri əməkdaşlarına təlim keçirilməsi üzrə Alyansın missiyasında iştiraklarını təşkilatın rəhbərliyi ilə müzakirə etmək niyyətindədir.

Hərbçilərin müvəqqəti çıxarılması barədə qərar Slovakiya hökuməti tərəfindən qəbul edilib. NATO missiyasına 7 slovak hərbi təlimatçı daxil idi. Digər təfərrüat barədə məlumat verilmir.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər