ABŞ İraqın Ənbar əyalətində B-52 strateji bombardmançıları üçün aerodrom inşa etmək niyyətindədir.
Teleqraf.com-un məlumatına görə, aerodromun Əyn əl-Əsəd avibazasında tikilməsi nəzərdə tutulur.
Qeyd olunur ki, bazada fəaliyyət göstərən hərbçilər B-52-lər üçün uçuş-eniş zolağının salınması məqsədilə aerodromun infrastrukturunu genişləndirib.
Daha əvvəl Pentaqon Yaxın Şərqə 200 əlavə hərbçinin və 6 ədəd B-52 bombardmançısı göndərməyi planlaşdırdığını açıqlamışdı.