8 Yanvar 2020 21:57
2 503
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İrana qarşı yeni sərt iqtisadi sanksiyalar tətbiq edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp İranın bu ölkənin İraqdakı hərbi bazalarını raket atəşinə tutmasından sonra keçirdiyi mətbuat konfransında məlumat verib.

ABŞ prezidenti dünən axşam baş verən hücum zamanı heç bir amerikalının zərər çəkmədiyini açıqlayıb.

"İraqlı və ya amerikalı heç kəsə ziyan dəyməyib. Erkən xəbərdarlıq sayəsində heç bir zərər görmədik. Sadəcə hərbi bazalarımıza minimal xətər yetirib. Süleymani ən ağır hərbi cinayətlərdə günahkardır. Lap əvvəldən öldürülməli idi. Süleymanini aradan götürərək terrorçulara çox güclü mesaj verdik. Süleymani yeni hücumlar planlaşdırırdı, onu dayandırdıq", - deyə Tramp bildirib.

Onun sözlərinə görə, İran nüvə anlaşmasından sonra müvazinətini itirib: "Mən ABŞ prezidenti olduğum müddətdə İran nüvə silahınyaymışdıolmayacaq. İran terrora dəstəyinə son qoymalıdır. İran xalqına və idarəçilərinə səslənirəm, biz barış istəyən hər kəslə barış istəyirik".

Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusu 80 amerikalının öldüyü barədə məlumat yaymışdı.


Müəllif: Nərgiz

Oxşar xəbərlər