10 Yanvar 2020 15:17
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Xüsusi İstintaq Xidməti keçmiş prezident Serj Sarkisyanın cinayət işi üzrə ibtidai istintaqı başa çatdırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə xidmətdən məlumat verilib.

Cinayət işinə daha bir neçə müttəhim, o cümlədən keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyan və “Flash” şirkətinin sahibi Barseq Beqlaryan da cəlb edilib.

İstintaq Xidməti tərəflərə işlə tanış olmaq üçün vaxt verib. Yekun nəticələrin məhkəməyə göndəriləcəyi bildirilib.

Dekabrın 4-də Ermənistan Xüsusi İstintaq Xidməti Serj Sərkisyan barəsində cinayət işinin açıldığını elan edib. İstintaqa görə, O, 2013-cü il yanvarın 25-dən 7-dək bir qrup məmurdan 1 milyon dollardan çox maddi vəsait mənimsəməkdə ittiham olunur. İttihamın elan olunmasından sonra Sərkisyanın ölkədən çıxışına qadağanın tətbiq edilməsi haqda profilaktik tədbirlərin görüldüyü bildirilib.

Karapetyanın cinayət işinə cəlb edilməsinə gəlincə, Sərkisyanın korrupsiya əməllərini ifşa edən şəxs məhz sabiq nazir olub. Bundan əlavə, Serqo Karapetyanın korrupsiya işində Xocalı soyqırımında əli azərbaycanlı qanına batmış Serj Sərkisyanın ortaqlarından biri olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər