23 Sentyabr 2014 13:00
3 917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 23 yaşlı oğlan sosial şəbəkədə tanış olduğu qıza təcavüz edib.

Teleqraf.com-un Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə Gaziantepdə baş verib. 23 yaşlı B.K “Facebook” da tanış olduğu 13 yaşlı A.E-yə təcavüz edib.

Polisin verdiyi məlumata görə, sentyabrın 19-da B.K sosial şəbəkədə tanış olduğu A.E-ni məktəbin çıxışında aldadaraq zorla qaçırıb. Gaziantepdə bağ evinə apardığı qıza təcavüz edən 23 yaşlı B.K jandarma dəstəsi tərəfindən tutulub.

Ailəsi tərəfindən də axtarılan qız tapıldıqdan sonra müayinə olunmaq üçün xəstəxanaya aparılıb.

Həbs edilən 23 yaşlı oğlanın barəsində cinayət işi açılıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər