Əfqanıstanın cənubunda avtomobilin partladılması nəticəsində iki ABŞ əsgəri ölüb, daha ikisi yaralanıb.
Bu barədə “Khaama” agentliyi məlumat yayıb.
Partlayış şənbə günü Qəndəhar əyalətində baş verib.
Pentaqonun siyasətinə əsasən, həlak olanların adları yaxınlarına bildirildikdən sonra ictimaiyyətə açıqlanacaq.