Rusiya Xarici İşlər Nazirliyinin Qəbul evində Liviyadakı vəziyyətin nizamlanması ilə bağlı Rusiya-Türkiyə danışıqları başlayıb. Danışıqlara yaxın vaxtlarda Liviya tərəfi də qoşulacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Rusiya və Türkiyə prezidentləri arasında İstanbulda əldə edilmiş razılaşmalara uyğun olaraq, bu gün Xarici İşlər Nazirliyinin Qəbul evində xarici işlər və müdafiə nazirləri səviyyəsində Rusiya-Türkiyə danışqları başladı”, – deyə M.Zaxarova “Feysbuk”da yazıb.
M.Zaxarovanın sözlərinə görə, Liviya Milli Barış hökumətinin və Liviya Milli Ordusunun nümayəndələri tezliklə danışıqlara qoşulacaqlar.
Daha əvvəl Liviya Barış Hökumətinin və Liviya Milli Ordusunun nümayəndə heyətinin Moskvaya gəldiyi bildirilmişdi.