14 Yanvar 2020 18:13
1 541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə məhkəməsi 2011-ci il aprelin 24-də hərbi hissələrin birində erməni əsilli əsgər Sevak Şahin Balıqçının öldürülməsi ilə bağlı qərar qəbul edib.

Teleqraf.com xəbər verir ki, təqsirləndirilən Kvanç Agaoğlunu 16 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, o, məhkəmə zalında həbs edilib.

Bundan əvvəl hərbi məhkəmə Kvanç Ağaoğlunu dörd il müddətinə azadlıqdan məhrum etmişdi. Sevakın valideynlərinin şikayətlərindən sonra iş mülki məhkəməyə göndərildi və yeni istintaq başladıldı.

Müdafiə tərəfi məhkəmənin qərarını “qanunsuz” hesab edir.

2011-ci ildə Sevak həmkəndlisi Kvanç Ağaoğlu tərəfindən öldürülüb. Polis Sevakın uğursuz bir zarafat nəticəsində, təsadüfən güllələnərək öldürüldüyünü açıqlayıb. Sevakın valideynləri isə oğlunun milli nifrət zəminində öldürüldüyünü israr edirlər. Qarşı tərəf erməni ailəsinin ittihamlarını rədd edir.


Müəllif: Mənsur Rəğbətoğlu