Məlum olduğu kimi, İran ali dini lideri Ayətullah Seyid Əli Xameneyi 8 ildən sonra Tehranın İmam Hüseyn Musalla məscidində cümə namazı qılıb.
Teleqraf.com xəbər verir ki, cümə namazı zamanı maraqlı hadisə Prezident Həsən Ruhanin məscidi yarımçıq tərk etməsi olub.
Xameneyi namazdan sonrakı çıxışında ABŞ Prezidenti Donald Trampı “təlxək” adlandıraraq, onun İrandakı etirazçılara dəstək mesajlarını hədəfə alıb: “Əgər xalqın yanında olsa, milləti arxadan xərncərləmək üçün olacaq”.
Fotolardan isə aydın olur ki, namaz zamanı Xameneyinin arxasında dayanan Prezident Həsən Ruhani çıxışa qalmayaraq məscidi yarımçıq tərk edib.
Ruhaninin son zamanlar İranda hökumətə qarşı etirazlar və istefalara çağıran şüarlar səbəbindən məscidi yarımnçıq tərk etdiyi iddia edilir.