19 Yanvar 2020 09:21
1 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məzarda yeddi şəxsin cəsədi tapılıb. Bəlli olub ki, hamilə bir qadın, 5 uşağı və 17 yaşlı oğlan şeytan çıxarma zamanı işgəncə ilə öldürülüb.

Teleqraf.com xəbər verir ki, cəsədlər Panamanın şimal şərqində yerlilərin yaşadığı “Tanrının yeni işığı” adlı təriqətin nəzarətindəki məzarlıqda aşkarlanıb.

Baş prokurorluq qeyd edib ki, 15 nəfər yarılı bu axmaq prosedur zamanı yaralanıb və onlar xilas edilib. Həmçinin öldürülən hamilə xanımın atası daxil olmaqla 10 nəfər həbs edilib. Öldürülən körpələrdən birinin bir yaşı olub.

Prokuror cəsədlərin ayin keçirildiyi kilsədən iki kilometr kənarda tapıldığını qeyd edib.

Polis şeytan çıxarma ayinlərindən qaçan iki kəndçinin dediklərindən sonra hadisədən xəbər tutub. Kilsədə axtarış zamanı balta, bıçaq və bir kəsilmiş keçi tapılıb.

Saxlanılanlar iddia ediblər ki, “Tanrıdan onlara mesaj gəldiyi” üçün belə qətliamı həyata keçiriblər.

Hadisənin baş verdiyi bölgə paytaxt Panamanın 250 kilometrliyində yerləşir. Nqabe –Bugle bölgəsi ölkənin ən yoxsul və oxuma-yazma faizinin ən aşağı olduğu ərazi hesab olunur.


Müəllif: Cavad