18 Yanvar 2020 20:16
1 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İran və ABŞ arasında birbaşa silahlı qarşıdurma olacağını güman etmirəm.

Teleqraf.com xəbər verir ki, bunu Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin əməkdaşı Mark Fino bildirib:

“Mən tərəflərin heç birinin – nə ABŞ-ın, nə də İranın qarşıdurmanı davam etdirmək istəmədiyini söyləyənlərlə razıyam, çünki bu, onların maraqlarına uyğun deyil. Hazırda birbaşa qarşıdurma olması ehtimalı azdır, çünki bu, nə ABŞ, nə də İran üçün faydalıdır”.

Ekspertin fikrincə, İran, sadəcə, raket proqramı istisna olmaqla, ordusu köhnəlmiş olduğu üçün hərbi əməliyyatlarda dirənə bilməyəcək. Ölkədə, xüsusən də Tehranda sanksiyalar və iqtisadi vəziyyətin pisləşməsi nəticəsində yaranan sosial narazılıqlar yaşanır.

Fino hesab edir ki, İranda ABŞ administrasiyasında hərbi əməliyyatları müdafiə edən radikal şəxslərin olduğunu başa düşürlər. Onlar öz strategiyalarında Birləşmiş Ştatların hərbi hərəkətlərinə Tehranın haqq qazandıracaq addımlar atmasına istinad edirlər.

Ekspert güman edir ki, hazırda İran və ABŞ arasındakı situasiyanın inkişafı danışıqlara kömək edəcək digər əsas oyunçulardan – Rusiya, Çin və Avropa İttifaqından asılıdır. Bununla belə, bu cür danışıqların açıq formatda aparılması ehtimalı azdır və güman ki, region ölkələrinin birində bağlı qapılar arxasında gedəcəkdir.


Müəllif: Səxavət