19 Yanvar 2020 16:01
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Anadolu Agentliyinin yanvarın 14-də Misirdə həbs olunan əməkdaşları azadlığa buraxılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Anadolu Agentliyinin baş direktoru Şenol Kazancı məlumat verib.

Məlumatda bildirilir ki, agentliyin Qahirədə həbs edilən dörd əməkdaşı sərbəst buraxılıb.

Xatırladaq ki, yanvarın 14-də axşam saatlarında Misir polisi Anadolu Agentliyinin Qahirədəki ofisində axtarış aparmış və agentliyin dörd əməkdaşını həbs etmişdi.

Türkiyəli həmkarları ilə həmrəylik nümayiş etdirən AZƏRTAC Misir polisinin Anadolu Agentliyinin jurnalistlərinə qarşı bu hərəkətini yolverilməz hesab etdiyini bildirib və həbs olunan əməkdaşların dərhal azadlığa buraxılmasını tələb edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər