Liviyadakı böhranlı vəziyyətin nizama salınmasına dair keçirilən Berlin konfransında maraqlı anlar yaşanıb.
Teleqraf.com xəbər verir ki, sammitin başlanmasından əvvəl protokol qaydalarına əsasən konfrans iştirakçılarının fotosessiyası zamanı Almaniya Kansleri Angela Merkel Rusiya Prezidenti Vladimir Putinin olmamasından təşvişə düşüb.
Yayılan görüntülərdə BMT baş katibi Antonio Quttereşdən Putinin harada olduğunu soruşan Merkelin vəziyyəti Fransa Prezidenti Emmanuel Makrona bildirdiyi aydın olur. Bir neçə saniyə sonra Putin gəlib, onu isə Makron qarşılayıb.
Maraqlı görüntüləri təqdim edirik: