22 Yanvar 2020 18:46
1 473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın böyük balıqçı gəmisi Oxot dənizində yanıb.

Teleqraf.com xəbər verir ki, Eniqma Astralis adlı gəmidə əvvəl partlayış olub, daha sonra gəmi yanmağa başlayıb.

Gəminin kapitanı dərhal kömək istəyib. Xilasedicilər gəmiyə yaxınlaşaraq, 47 nəfərin həyatını xilas edə biliblər.

Ancaq yanğın gəminin böyük bir hissəsinin yanmasına səbəb olub. Rəsmilər gəmini sahilə çıxarmaq üçün hadisənin baş verdiyi əraziyə texnika göndərildiyini bildiriblər.


Müəllif: Cavad