Çin Dövlət Səhiyyə Komitəsi yeni tip koronavirus – 2019-nCoV adlandırılan pnevmoniyaya yoluxanların sayının 617-yə yüksəldiyini bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Xəstələnənlərin böyük əksəriyyəti Xubey əyalətində (444 hadisə) qeydə alınıb. Virusa yoluxma səbəbindən ölənlərin hamısı bu bölgədəndir.
İnfeksiyadan əziyyət çəkən bölgələrin ilk üçlüyünə Quandun (32 hadisə) və Çjetszyan (27 hal) da daxildir.
Yanvar ayının sonlarında Çinin Uxan şəhərində onlarla insanın naməlum pnevmoniyaya yoluxduğu məlum olub. Daha sonra pnevmoniya virusunun naməlum mənşəli yeni növ koronavirusun meydana çıxmasına səbəb olduğu bildirilib.
Artıq dünyanın müxtəlif dövlətləri bu virusun yaranması ilə əlaqədar tədbirlər görürlər. ABŞ, İngiltərə, Rusiya və bir sıra digər ölkələrin hava limanları gələn sərnişinləri koronavirusun yeni növündən yoxlamağa başlayıb.
Lakin 2019-nCoV planetdə yayılmağa davam edir və hətta həkimlərə yoluxur.