CHP-nin keçmiş lideri Dəniz Baykal “donuz qripi”nə yoluxub.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, virusa yoluxan siyasətçi xəstəxanaya yerləşdirilib. Baykalın müalicəsinə başlanılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və səhiyyə naziri Fəxrəddin Koca Baykala zəng edərək şəfa diləyiblər.